logo

Qazaxıstanda dolların məzənnəsi rekord həddə yüksəlib

11:57 13-03-2020 | icon 2765
Qazaxıstanda dolların məzənnəsi rekord həddə yüksəlib

Qazaxıstan fond birjasında səhər sessiyasında bu ölkənin milli valyutasının dollara nisbətən ortaçəkili məzənnəsi 405,6 təngə təşkil edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, beləliklə də 2015-ci illə müqayisədə 5,5 faiz artan dolların məzənnəsi rekord həddə çatıb.

Qazaxıstanın paytaxtında və Almatıda valyutadəyişmə məntəqələrinin böyük əksəriyyətində dolları 408 və ya 409 təngəyə satırlar. Bundan başqa, avronun məzənnəsi də nəzərəçarpacaq dərəcədə artaraq 451-457 təngə olub.

Ölkə Prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə dünya iqtisadiyyatında baş verənlərə operativ reaksiya verilməsi məqsədilə antiböhran qərargahı yaradılıb. Dövlət başçısı xərclərin azaldılmasını, işsizliyin artmasına yol verilməməsini, iqtisadiyyatda və maliyyə sektorunda sabitliyin qorunub saxlanılmasını tapşırıb.

Xatırladaq ki, Qazaxıstan 2015-ci il avqustun 20-də “üzən” məzənnə rejiminə keçib. Həmin vaxt dolların məzənnəsi 188 təngəyə bərabər olub.