Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilir.
YeniAvropa Rusiya KİV-lərinə istinadla xəbər verir ki, təkbətək keçən görüşdə Vladimir Putin Türkiyə hərbçilərinin Suriyada həlak olması ilə əlaqədar başsağlığı verib. Bildirib ki, İdlibdəki vəziyyət birbaşa şəxsi danışıqlar tələb edir.
Rəcəb Tayyib Ərdoğan, öz növbəsində, qeyd edib ki, əsas vəzifə Moskva və Ankara arasında son vaxtlar pik səviyyəsinə çatmış münasibətləri inkişaf etdirməkdir. “Bizim İdlib məsələsi ilə bağlı bugünkü görüşümüz böyük əhəmiyyət daşıyır. Doğrudan da hazırda İdlibdə çox gərgin vəziyyət yaranıb. Bütün dünyanın diqqəti bu gün Moskvaya yönəlib. Hesab edirəm ki, bu gün atılacaq addımlar və bizim qərarlarımız, şübhəsiz, vəziyyəti yüngülləşdirəcək”, - deyə Türkiyə Prezidenti vurğulayıb.