logo

Çində koronavirusdan ölənlərin sayı üç minə çatır

10:11 04-03-2020 | icon 2177
Çində koronavirusdan ölənlərin sayı üç minə çatır

Çində yeni tip koronavirusa (COVID-2019) yoluxanların sayı 80 min 422, bu virus səbəbindən ölənlər isə 2 min 984 nəfərə çatıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə Çin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb. Xəbərdə bildirilib ki, ötən sutka ərzində 119 yoluxma, 39 ölüm faktı qeydə alınıb.

Qeyd edilib ki, indiyədək 49 min 914 nəfər sağalaraq xəstəxananı tərk edib. Ölkə üzrə 6 min 416 xəstənin vəziyyəti kritikdir. Virusa yoluxanlarla yaxın təmasda olmuş 36 min 432 nəfər tibbi nəzarət altındadır.

Çindən başqa, 75 ölkədə 10 mindən çox yoluxma, 166 ölüm faktı qeydə alınıb.