logo

Koronovirusa görə Gürcüstanda turizm sənayesi müflisləşir

17:10 03-03-2020 | icon 2583
Koronovirusa görə Gürcüstanda turizm sənayesi müflisləşir

Gürcüstanda turizm sənayesi müflisləşmə ərəfəsindədir. Ən ağır vəziyyət otellərdə yaşanır.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Gürcüstanın Mehmanxana və Restoranlar Federasiyasının rəhbəri Şalva Alaverdaşvili məlumat verib.

Onun sözlərinə görə, son 5-6 gün ərzində Tbilisidə mart-aprel ayı üçün otel rezervasiyalarının 90 faizə yaxını ləğv olunub. Buna koronavirus təhlükəsi səbəb olub.

Ş.Alaverdaşvili deyib: “Koronavirus qlobal problemdir. Biz ilk zərbəni aldıq. Turizm sənayesi müflislik ərəfəsindədir. Ən ağır vəziyyət Tbilisidəki otellərdə yaşanır. Biz indi çalışırıq ki, yaranmış böhrandan çıxış yolu axtarıb tapaq ki, turizm sektorunda çalışan əməkdaşlar işdən qovulmasınlar”,- deyə federasiya rəhbəri vurğulayıb.