logo

Fransa prezidenti Emmanuel Makron bütün səfərlərini təxirə saldı

17:16 02-03-2020 | icon 2261
Fransa prezidenti Emmanuel Makron bütün səfərlərini təxirə saldı

Fransada COVID-19 koronavirusa yoluxanların sayı artıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, Fransa ərazisində nəzərdə tutulan bütün toplantılar, sərgilər və mədəniyyət tədbirləri ləğv edilib. Fransanın turizm rəmzi olan Luvr muzeyi, eləcə də bir çox məktəblər, bağçalar bağlanıb.

Fransa prezidenti Emmanuel Makronun səfərləri təxirə salınıb.

Koronavirus epidemiyasının ölkə iqtisadiyyatına təsirindən danışılaraq, lazım gəldikdə fransız müəssisələrinə yardım ediləcəyi bildirilib.

Xatırladaq ki, 2019-cu ilin sonunda Çində yayılmağa başlayan epidemiyadan bu günə qədər bütün dünyada 3000 yaxın insan ölüb.