Gürcüstanda koronavirusa daha bir yoluxma halı qeydə alınıb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.
Koronavirus İtaliyadan qayıdan Gürcüstan vətəndaşında təsdiq olunub. O, Kutaisi aeroportunda müayinədən keçib.
Mərkəz rəhbəri həmin şəxsin hazırkı vəziyyətinin qənaətbəxş olduğunu qeyd edib.
Bu gün Gürcüstanda koronavirusa yoluxmuş iki nəfər var. Yüksək hərarətlə sərhəd-keçid məntəqələrindən karantinə yerləşdirilən şəxslərin sayı isə 20 nəfərdən çoxdur.
Onlarda hələlik koronavirus aşkarlanmayıb.