logo

Xətai rayonunda piyadanı vurub qaçan sürücü tutulub

15:13 26-02-2020 | icon 2086
Xətai rayonunda piyadanı vurub qaçan sürücü tutulub

Fevralın 25-də saat 7 radələrində Xətai rayonunun G.Mehmandarov küçəsində yolu keçən Bakı şəhər sakini Yeganə Hüseynova naməlum avtomobillə vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya  bildiriblər ki, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini B.Babayev Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.