logo

Gürcüstanda dövlət bayraqları endirildi

11:32 25-02-2020 | icon 2324
Gürcüstanda dövlət bayraqları endirildi

Bu gün Gürcüstanın keçmiş sovet ordusu tərəfindən işğalının 99-cu ildönümüdür.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bununla bağlı ölkənin bütün dövlət qurumlarında, diplomatik nümayəndəliklərində bayraqlar endirilib.

Dövlət bayraqları Gürcüstan prezidentinin sarayı, parlament, hökumət və digər dövlət idarələrinin binalarında da endirilib.

Xatırladaq ki, 1921-ci ilin fevralın 25-də Qırmızı ordu Tbilisiyə daxil olub və Gürcüstan Demokratik Respublikasını devirib.

Gürcüstan parlamentinin 2010-cu il 21 iyul tarixli qərarı ilə fevralın 25-i sovet işğalı günü elan olunub. Ölkə üzrə dövlət bayraqları hər il məhz bu tarixdə işğalın yüz minlərlə qurbanının xatirəsinə ehtiram əlaməti olaraq endirilir.