logo

İlham Əliyevin İtaliyaya  rəsmi səfəri başlayıb

17:33 19-02-2020 | icon 1946
İlham Əliyevin İtaliyaya  rəsmi səfəri başlayıb

Prezident İlham Əliyev fevralın 19-da İtaliya Respublikasına dövlət səfərinə gəlib.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Romanın "Fiumicino" Beynəlxalq Hava Limanında prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı İtaliya Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin rəisi İniqo Lambertini, bu ölkənin Azərbaycandakı səfiri Auqusto Massari və digər rəsmi şəxslər qarşılayıblar.