Türkiyənin Elazığ vilayətində növbəti dəfə zəlzələ baş verib.
YeniAvropa “Hurriyet”ə istinadən xəbər verir ki, Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) zəlzələnin 4,2 bal gücündə qeydə alındığını açıqlayıb.
Boğaziçi Universiteti Kandilli Rəsədxanasının məlumatında isə zəlzələnin 4,5 bal gücündə olduğu bildirilir. Yeraltı təkanların episentri Sivrice rayonunda qeydə alınıb.