logo

Sergey Lavrov: Rusiya-Türkiyə münasibətləri çox yaxşı səviyyədədir

21:42 15-02-2020 | icon 2464
Sergey Lavrov: Rusiya-Türkiyə münasibətləri çox yaxşı səviyyədədir

Rusiya-Türkiyə münasibətləri çox yaxşı səviyyədədir.

YeniAvropa xəbər verir ki, bu fikri Rusiyanın xarici işlər naziri Segey Lavrov türk həmkarı Mövlut Çavuşoğlu ilə Münxendə keçirilən görüşü zamanı bildirib.

S.Lavrov əlavə edib ki, münasibətlərin yüksək səviyyəsi tərəflərin bütün məsələlərdə razılığa gəlmələri demək deyil. “Bizim Türkiyə ilə çox yaxşı münasibətlərimiz var. Lakin bu, o demək deyil ki, biz bütün məsələlərdə bir-birimizlə razılaşmalıyıq. Ümumiyyətlə, mən hesab edirəm ki, heç bir ölkə arasında hər hansı bir problemlə bağlı tam razılıq əldə etmək mumun deyil”, - deyə o bildirib.

Rusiya xarici siyasət idarəsinin rəhbəri əlavə edib ki, əgər belə münasibətlər yaranarsa, bu, daha çox təzyiqdən xəbər verir.