logo

Qırğızıstan Çinlə sərhədini bağladı

10:15 02-02-2020 | icon 2457
Qırğızıstan Çinlə sərhədini bağladı

Qırğızıstan hökuməti koronavirus təhlükəsi ilə bağlı Çinə təyyarə reyslərini müvəqqəti dayandırıb, bu ölkə ilə sərhədi bağlayıb.

YeniAvropa Qırğızıstan hökumətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bununla bağlı Respublika Qərargahı yaradılıb və ən yeni avadanlıqlarla təchiz olunub. Qərərgahdan jurnalistlərə bildiriblər ki, ölkədə bu virusa yoluxma halı qeydə alınmayıb və virusun ölkə ərazisinə daxil olmasının qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Xatırladaq ki, son məlumata görə, Çində koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 14 min 411 nəfərə, bu virus səbəbindən ölənlərin sayı isə 304 nəfərə çatıb.