logo

Böyük Britaniya bu gün Avropa İttifaqını tərk edəcək

18:58 31-01-2020 | icon 2807
Böyük Britaniya bu gün Avropa İttifaqını tərk edəcək

Böyük Britaniya bu gün yerli vaxtla saat 23:00-da 47 ildir üzvü olduğu Avropa İttifaqını tərk edəcək. Bundan sonra 11 aylıq keçid dövrü başlayacaq.

YeniAvropa xəbər verir ki, Avropa İttifaqından ayrılan Britaniya artıq malların və xidmətlərin alqı-satqısı ilə əlaqədar dünyanın digər ölkələri ilə danışıqlara başlaya biləcək.

Baş nazir Boris Conson üç ildən çox davam edən Brexitin siyasi mübahisələrdən sonra yeni başlanğıc olduğunu bildirib.

Həmçinin ölkədə üzərində “31 yanvar” və “Sülh, firavanlıq və bütün millətlərlə dostluq” yazılmış 50 qəpiklik sikkələr artıq dövriyyəyə buraxılıb.

Xatırladaq ki, 2016-cı ildə keçirilən referendumunda seçicilərin 52 faizi Avropa İttifaqını tərk etməyə səs vermişdi.