logo

Qusarın Ləzə kəndində -17 ° temperatur qeydə alınıb

10:38 24-01-2020 | icon 2163
Qusarın Ləzə kəndində -17 ° temperatur qeydə alınıb

Qusarın Ləzə kəndində temperatur -17°-dək aşağı düşüb.

Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən YeniAvropa-ya bildirilib ki, yanvarın 23-də gecə saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağır.

Ən çox qar Qusara yağıb. Rayonun Ləzə kəndində qarın hündürlüyü 15 santimetrə çatır.

Qubanın Xınalıq kəndində 6, Qırızda 7, həmçinin Xızının Altıağac qəsəbəsində qarın hündürlüyü 2 santimetrdir.

Şimal rayonlarında hazırda qar yağmaqda davam edir.