logo

“Coca Cola” şirkəti İtaliyanı tərk edir

11:10 19-01-2020 | icon 2828
“Coca Cola” şirkəti İtaliyanı tərk edir

“Coca Cola” şirkəti İtaliyada istehsalını dayandıraraq qonşu Albaniyaya köçməyə qərar verib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, buna səbəb ölkədə şəkər və plastik vergisinin yüksəlməsidir. Şirkətin açıqlamasında bildirilir ki, satışların ən yaxşı vaxtında illik 115 milyon dollar gəlirin 18 milyon dolları yalnız bu iki verginin ödənməsinə gedib. Bu isə İtaliyada istehsalı davam etdirmək üçün böyük itkidir.

Bu qərar İtaliya, xüsusən zavodun yerləşdiyi Siciliya regionu üçün ciddi iqtisadi zərbədir. Belə ki, zavodda çalışan 355 nəfər işsiz qalmaq təhlükəsi ilə üzbəüzdür. Zavod rəhbərliyi geriyə addım atmayacağını, qərarın qəti olduğunu deyib.

Siciliya regionu işsizlik səviyyəsinin İtaliya üzrə ən yüksək olduğu yerdir. Ona görə də zavodun bağlanma xəbəri yerli əhali arasında ciddi narazılıqlar doğurub. Hökumət vəziyyətin gərginləşməsini nəzərə alaraq zavod rəhbərliyini qərarlarından dönməyə çağırır və sözügedən vergiləri azaldacağını vəd edir.