logo

Nur-Sultan aeroportunda 34 aviareys təxirə salınıb

18:57 17-01-2020 | icon 2646
Nur-Sultan aeroportunda 34 aviareys təxirə salınıb

Qazaxıstan yenidən soyuq hava silklonlarının əsarəti altına düşüb. Paytaxtdakı "Nursultan Nazarbayev" beynəlxalq hava limanında güclü fırtına səbəbindən 34 aviareys təxirə salınıb.

YeniAvropa xəbər verir ki, “Türk Hava Yolları”nın Nur-Sultan-İstanbul, “FlyDubai” aviaşirkətinin Nur-Sultan-Dubay, “Lufthansa” hava yollarının Nur-Sultan-Frankfurt, “Aeroflot” hava yollarının isə Nur-Sultan-Moskva istiqamətində reysləri təxirə salınıb. Həmçinin qeyri-sabit hava şəraiti ilə əlaqədar nəqliyyatın bütün növləri üçün yollarda hərəkət bağlanıb. Paytaxt Nur-Sultanda qar yağıntısı və güclü çovğun başlayıb. Sinoptiklərin proqnozlarına görə, yaxın 3 gün ərzində güclü qar yağıntısı gözlənilir.