“Opel” bu il Rusiyada avtomobil modellərinin növünü 2-dən 6-ya çatdıracaq.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə “Opel” brendinin Rusiyadakı icraçı direktoru Aleksey Volodin deyib. O bildirib ki, bu il Rusiyanın Kaluqa şəhərindəki konserndə “Zafira Life” minivenləri və “Grandland X” krossoverləri ilə yanaşı, “Vivaro” furqonları və daha 3 model istehsal olunacaq.
Bundan əlavə, “Opel” markalı avtomobillərin orta və baza komplektləşməsi tətbiq edildikcə, onların qiyməti də aşağı düşəcək.