ABŞ-ın hərbi bazalarının Gürcüstan ərazisində yerləşdirilməsi ilə bağlı məlumatların heç bir əsası yoxdur. Bu məsələ gündəmdə deyil və müzakirə olunmayacaq.
YeniAvropa xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri David Zalkaliani bu gün jurnalistlərə açıqlamasında söyləyib.
Nazir qeyd edib ki, hazırda Gürcüstanda ABŞ-ın hərbi bazalarının yerləşdirilməsi imkanları barədə məlumatlar yayılmaqdadır. Bunlar yalnız fərziyyələrdir və bu məsələ nəzərdən keçirilməyəcək.