İspaniya 2019-cu ilin yanvar-noyabr aylarında 79,3 milyon əcnəbi turisti qəbul edib. Turistlər bu ölkədə 87, 265 milyard avro xərcləyiblər.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Milli Statistika İnstitutunun və “Frontur” Milli Turizm Agentliyinin birgə hazırladıqları hesabatda bildirilib. Qeyd edilib ki, bu, ötənilki göstəricilərlə müqayisədə turistlərin sayında 1,2 faiz, onların ğədə xərclədikləri vəsaitlərin həcmində isə 3 faiz artım deməkdir.
Hesabatda britaniyalılar, almanlar və fransızlar yenə də əcnəbi turistlər arasında çoxluq təşkil ediblər. Bu dəfəki ı artım əsas etibarilə ABŞ (13 faiz) və Latın Amerikası ölkələrindən (təqribən 10 faiz) gələn turistlər hesabına baş verib.
İspaniyanın ən çox səyahət edilən regionu isə əvvəlki kimi Kataloniya olub.18,4 milyon turist bu bölgəni görmək üstəyib.