Puerto-Riko sahilləri yaxınlığında 6,6 bal gücündə zəlzələ baş verib.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.
Zəlzələ UTC vaxtı ilə saat 08:24-də (Bakı vaxtı ilə 12:24) qeydə alınıb. Zəlzələnin episentri İndios bələdiyyəsindən 10 kilometr cənubda, ocağı isə yer səthindən 7 kilometr dərinlikdə yerləşib.
Təbii fəlakət nəticəsində mümkün dağıntılar, ölənlər və xəsarət alanlar barədə hələlik məlumat verilmir.