Marmara dənizində, İstanbul akvatoriyasında dəniz reysləri ləğv edilib.
YeniAvropa Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bu qərar həmin ərazidə əlverişsiz hava şəraiti ilə əlaqədar qəbul olunub.
Bu reyslərin digər vaxta keçirilib-keçirilməməsi barədə məlumat verilməyib.
Xatırladaq ki, sonuncu dəfə Türkiyədə dəniz reysləri keçən il dekabrın 30-da təxirə salınmışdı