logo

Elmar Məmmədyarov Gürcüstana səfər edib

16:52 22-12-2019 | icon 2345
Elmar Məmmədyarov Gürcüstana səfər edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstana səfər edib. 

YeniAvropa xəbər verir  ki, bu haqda  Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd edilib ki, səfərdə məqsəd dekabrın 23-də Tbilisi şəhərində  keçiriləcək Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin səkkizinci üçtərəfli görüşündə iştirak etməkdir.

Görüşdə nazirlər üçtərəfli əməkdaşlıq gündəliyinə daxil olan müxtəlif məsələlər, eləcə də qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər üzrə müzakirələr aparacaqlar.

Görüş çərçivəsində Elmar Məmmədyarovun həmkarları ilə ikitərəfli görüşlərinin də keçirilməsi nəzərdə tutulur.