logo

Çində 5,2 bal gücündə zəlzələ olub

10:55 18-12-2019 | icon 2758
Çində 5,2 bal gücündə zəlzələ olub

Çinin cənub-qərbindəki Siçuan vilayətində 5,2 bal gücündə zəlzələ olub.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki,bu barədə  Çin Seysmologiya Mərkəzi məlumat yayıb.Bildirilib ki, yeraltı təkanlar Neycian şəhərinin Cicon qəzasında yerli vaxtla səhər 8:14-də qeydə alınıb. Zəlzələ ocağı yer səthindən 14 kilometr dərinlikdə olub. İlkin məlumata əsasən, 7 nəfər müxtəlif dərəcədə bədən xəsarəti alıb. Orta məktəblərdən şagirdlər təxliyə edilib.

Zəlzələ baş verən regiona mülki müdafiə qüvvələri, xilasedicilər, yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub. Dəmir yolunda və avtomagistrallarda sürət həddi endirilib