Gürcüstanın baş prokuroru Şalva Tadumadze vəzifəsindən istefa verib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, buna səbəb onun parlamentin bugünkü iclasında Ali Məhkəmənin hakimi vəzifəsinə təsdiqlənməsidir.
Qeyd edək ki, Ş.Tadumadze 2018-ci ilin iyul ayından Gürcüstanın baş prokuroru idi.