Macarıstanın Debretsen şəhərində "BMW" zavodunun tikintisinə gələn ilin yazında başlanacaq.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, ştatın təşkili ilə məşğul olan komanda artıq işçi heyətini formalaşdırmağa başlayıb.
“BMW Hungary” şirkətinin nümayəndəsi Debretsen regionunu yeni zavod üçün ideal seçim adlandırıb.
Gələcək istehsalatın ərazisində tikinti işlərinin aparılması üçün zəruri avadanlıq bu ilin sonunda quraşdırılacaq. Yazda isə dirəklərin və əsas daşıyıcı texnikanın quraşdırılmasına başlanacaq.