logo

Parlament Finlandiyanın  ən gənc baş nazirinin namizədliyini təsdiqləyib

11:29 11-12-2019 | icon 2618
Parlament Finlandiyanın  ən gənc baş nazirinin namizədliyini təsdiqləyib

Finlandiya parlamenti ölkənin tarixində ən gənc baş nazirin–34 yaşlı Sanna Marinin namizədliyini təsdiq edib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, parlamentdə keçirilən səsvermənin nəticələrinə görə, yeni baş nazirin namizədliyini 99 deputat dəstəkləyib, 70 nəfər isə onun əleyhinə səs verib. Beləliklə, Sosial-Demokrat Partiyasının nümayəndəsi Sanna Marin həm ölkənin, həm də dünyanın ən gənc hökumət başçısı olub.

Finlandiyanın yeni baş naziri səsvermədən dərhal sonra bəyan edib ki, ölkədə sabitlik yaratmaq niyyətindədir. O vurğulayıb ki, gələcəkdə də sosial şəbəkələrdən istifadə edəcək, lakin müəyyən ehtiyat tədbirləri görəcək, çünki indi onun hər sözü və hərəkəti təhrif edilə bilər.

Qeyd edək ki, dünyada ən gənc Baş Nazir olan Sanna Marin ölkəni digər partiyaların da daxil olduqları koalisiya hökuməti vasitəsilə idarə edəcək. Bu beş siyasi partiyadan dördünə qadınlar rəhbərlik edirlər. Bundan başqa, Finlandiyanın yeni hökumətinin 19 üzvündən 12-si də zərif cinsin nümayəndələridir.

Bundan əvvəl Nəqliyyat naziri vəzifəsini tutan Sanna Marin yeni vəzifəsinə ölkədəki narazılıqların və tətillərin iqtisadiyyata ciddi ziyan vurduğu vaxtda başlayır.