logo

Bakı-Sumqayıt yolu tam bağlandı

10:58 10-12-2019 | icon 2408
Bakı-Sumqayıt yolu tam bağlandı

Bakı-Sumqayıt yolunda yerləşən “EuroHome”  tikinti materialları bazarında baş vermiş yanğınla əlaqədar yolda hərəkət tamamilə məhdudlaşıb. 

 YeniAvropa xəbər verir  ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, məhz bu səbəbdən, ərazidən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr yaranıb :"Sərnişinlərdən anlayış göstərmələrini xahiş olunur. Eyni zamanda, sürücülərə zərurət olmadığı halda həmin istiqamətdə hərəkət etməmələri tövsiyə edilir".

Xatırladaq ki, bir qədər əvvəl Fövqəladə Hallar Nazirliyi bəyan edib ki, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğının söndürülməsinə Nazirliyin əlavə qüvvələri  və 3 helikopteri cəlb olunub. 

Yanğının söndürülməsi işləri davam etdirilir.