logo

İlham Əliyev Vladimir Zelenskiyə başsağlığı verdi

21:10 09-12-2019 | icon 2296
İlham Əliyev Vladimir Zelenskiyə başsağlığı verdi

Prezident İlham Əliyev dekabrın 9-da Ukraynanın prezidenti Vladimir Zelenskiyə başsağlığı məktubu ünvanlayıb. 

 YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Məktubda deyilir: 

"Hörmətli cənab prezident,

Odessa şəhərində kollecdə baş vermiş yanğın nəticəsində insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Ukrayna xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram".