logo

Nazirlər Kabinetinin yeni strukturu yaxın günlərdə təsdiq olunacaq

17:27 02-12-2019 | icon 210
Nazirlər Kabinetinin yeni strukturu yaxın günlərdə təsdiq olunacaq

Yaxın günlərdə Nazirlər Kabinetinin yeni strukturu təsdiq olunacaq. 

YeniAvropa xəbər verir  ki, bu barədə prezident İlham Əliyev dekabrın 2-də Dilarə Seyidzadəni qəbul edən zaman məlumat verib. 

"Bildiyiniz kimi, keçən həftənin sonunda Prezident Administrasiyasının yeni strukturu təsdiq edildi. Bu struktura görə, uzun illər rəhbərlik etdiyiniz katiblik, bir neçə şöbə ləğv olundu və bir neçə yeni şöbə yaradıldı",-deyən prezident bunu təbii proses adlandırıb. Qeyd edib ki, ölkənin hər yerində islahatlar aparılır, o cümlədən struktur islahatları.

"Yaxın günlərdə Nazirlər Kabinetinin yeni strukturu təsdiq olunacaqdır. Yaxın gələcəkdə parlament yenidən formalaşacaq. Bu, təbii prosesdir. Eyni zamanda, gəncləşmə prosesi aparılır, bu da təbiidir. Çünki biz indi gənc kadrlara gərək imkan yaradaq ki, onlar öz bacarığını göstərsinlər", - deyə, prezident İlham Əliyev vurğulayıb.