logo

Bakıda ağır avtoqəza: 2 nəfər öldü, 2 nəfər yaralandı

17:29 17-11-2019 | icon 3577
Bakıda ağır avtoqəza: 2 nəfər öldü, 2 nəfər yaralandı

Paytaxtda baş verən ağır avtoqəzada 2 nəfər ölüb, 2 nəfər müxtılif dərəcəli bədən xəsarəti alıb. 

YeniAvropa xəbər verir  ki, bu barədə  Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki,  hadisə Xəzər rayonu ərazisində qeydə alınıb.

Qəza zamanı 2 nəfər hadisə yerində dünyasını dəyişib. Hadisə nəticəsində xəsarət alan digər 2 nəfər - 45 yaşlı qadın və 6 yaşlı uşaq kritik vəziyyətdə 3 saylı Kliniki Şəhər Xəstəxanasına aparılıb.