logo

Tbilisidə 16 mərtəbəli bina partlayıb: 4 nəfər yaralanıb

11:47 19-10-2019 | icon 245
Tbilisidə 16 mərtəbəli bina partlayıb: 4 nəfər yaralanıb

Gürcüstan paytaxtı Tbilisidə, David Quramişvili prospekti 34 ünvanında yerləşən 16 mərtəbəli binada partlayış baş verib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  hadisə nəticəsində azı 4 nəfər yaralanıb.

Partlayış nəticəsində binanın dördüncü mərtəbəsi çöküb, digər mərtəbələrə ciddi ziyan dəyib, üzbəüz binanın da pəncərələri sınıb.

Xəsarət alanlar dərhal xəstəxanalara çatdırılıb. Onlardan birinin vəziyyəti ağırdır. Binanın digər sakinləri təxliyə olunub.

Hadisə yerinə yanğınsöndürmə briqadaları, xilasetmə və tibb xidmətinin əməkdaşları cəlb olunublar.

İlkin məlumatlara görə, qəzaya qaz sızması səbəb olub.