logo

UNESCO Tbilisini 2021-ci ilin “Dünya kitab paytaxtı” elan edib

15:32 08-10-2019 | icon 217
UNESCO Tbilisini 2021-ci ilin “Dünya kitab paytaxtı” elan edib

UNESCO Gürcüstan paytaxtı Tbilisi şəhərini 2021-ci ilin “Dünya kitab paytaxtı” elan edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə UNESCO-nun baş direktoru Odre Azule məlumat verib. Onun sözlərinə görə, bu barədə qərar dünya kitab paytaxtının məsləhətçiləri komitəsinin tövsiyəsi əsasında qəbul edilib. Komissiyanın iclası 2019-cu ilin iyununda İsveçrədə keçirilib və iclasın əsas proqram şüarı “Və növbəti kitabınız ..?” olub.

Xatırladaq ki, 2019-cu ildə dünya kitab paytaxtı Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhəri, 2020-ci ildə isə Malayziyanın paytaxtı Kuala-Lumpur elan olunub.