logo

“Pəncə-3” antiterror əməliyyatı zamanı yeddi PKK terrorçusu məhv edilib

14:27 22-09-2019 | icon 2639
“Pəncə-3” antiterror əməliyyatı zamanı yeddi PKK terrorçusu məhv edilib

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında həyata keçirdiyi “Pəncə-3” antiterror əməliyyatı zamanı PKK terror təşkilatının yeddi üzvü zərərsizləşdirilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Haftanin bölgəsində keçirilən əməliyyat nəticəsində terrorçulara aid sığınacaqlar məhv edilib.