logo

Güləşçimiz Elis Manolova dünya çempionatında bürünc medal qazanıb

17:59 19-09-2019 | icon 2905
Güləşçimiz Elis Manolova dünya çempionatında bürünc medal qazanıb

Azərbaycanın qadın güləşçisi Elis Manolova Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında bürünc medal qazanıb.

 YeniAvropa xəbər verir ki, təmsilçimiz üçüncü yer uğrunda görüşdə Bolqarıstan idmançısı Yuliana Yanevaya qalib gəlib.

Mübarizəyə səkkizdəbir finaldan qoşulan E.Manolova (65 kq) hindistanlı rəqibi Kaur Navyotı "tuşe" ilə məğlub edib. Avropa çempionu dörddəbir finalda Türkiyə güləşçisi Kadriye Aksoya da qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında Rusiya idmançısı İnna Trajukova ilə görüşdən məğlub ayrılan E.Manolova bürünc medal üçün güləşib.

Çempionatda yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (82 kiloqram) gümüş, Eldəniz Əzizli (55 kiloqram) isə bürünc medal qazanıblar. Qadın güləşçilərin mübarizəsində isə Mariya Stadnik (50 kq) ikiqat dünya çempionu olmaqla yanaşı, “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

Qeyd edək ki, dünya çempionatında 100-dən çox ölkədən 900 güləşçi 30 dəst medal uğrunda mübarizə aparır. “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda güləşçilər 108 Olimpiya vəsiqəsi uğrunda yarışırlar.