Romada Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə edilib
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İtaliyaya səfəri çərçivəsində bu ölkənin Senatının sədri Maria Elizabetta Alberti Kasellati ilə görüşüb.
YeniAvropa xəbər verir ki, bu haqda Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Görüşdə Azərbaycan-İtaliya strateji tərəfdaşlıq əlaqələrindən, ölkələrimiz arasında davamlı siyasi dialoq, yüksək səviyyəli qarşılıqlı səfərlər, geniş iqtisadi əməkdaşlıq, mədəniyyət, elm və təhsil sahələrində intensiv mübadilələrin mövcudluğundan məmnunluq ifadə olunub. Azərbaycan-İtaliya dostluq əlaqələrinin möhkəmlənməsində parlamentlərarası əməkdaşlığın əhəmiyyəti vurğulanıb, bu xüsusda parlament nümayəndə heyətlərinin mütəmadi qarşılıqlı səfərləri və hər iki ölkənin parlamentində fəaliyyət göstərən parlamentlərarası dostluq qruplarının fəaliyyəti təqdir olunub.
M.E.Alberti Kasellati 2018-ci ilin iyulun 18-19-da İtaliya Respublikasının prezidenti Sercio Mattarellanın Azərbaycana dövlət səfərinin ardınca iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlərdə dinamikliyin davam etdiyini, bunun ardınca 2018-ci il sentyabrın 25-26-da Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın İtaliyaya rəsmi səfərinin, 2018-ci il oktyabrın 18-19-da İtaliya Senatının sədri qismində özünün ölkəmizə rəsmi səfərinin, 2019-cu il mayın 6-8-də Milli Məclisin sədri Oqtay Əsədovun İtaliyaya rəsmi səfərinin həyata keçirildiyini bildirib. Azərbaycana rəsmi səfəri vaxtı ən yüksək səviyyədə qəbul edildiyini, prezident İlham Əliyev ilə keçirdiyi görüşü məmnunluqla xatırladığını və bu səfərin ona ölkəmizin həqiqətləri ilə yaxından tanış olmağa imkan verdiyini, Azərbaycanın zəngin tarixi-mədəni irsini, iqtisadi inkişafını, multikultural mühitini yüksək qiymətləndirdiyini deyib. Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanla İtaliya arasında mədəniyyət, elm və təhsil sahələrində əməkdaşlığa yetirdiyi diqqəti, Heydər Əliyev Fondunun İtaliyada həyata keçirdiyi layihələri və bu mənada dünya maddi-mədəni irsinin qorunmasına verdiyi töhfələri təqdir edib.
Nazir Elmar Məmmədyarov Azərbaycan və İtaliya arasında bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın olduğunu, İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı, Azərbaycanın isə İtaliyanın ən böyük xam neft təchizatçısı və Cənubi Qafqazda ən böyük ixrac məntəqəsi olduğunu bildirib. İtaliya şirkətlərinin Azərbaycan iqtisadiyyatının istər neft, istərsə də qeyri-neft sektorunda uğurla fəaliyyət göstərdiyini, iqtisadi əməkdaşlığın daha da dərinləşməsi üçün geniş imkanların mövcudluğunu bildirib. Nazir Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan TAP layihəsinin Avropa, o cümlədən İtaliyanın enerji təhlükəsizliyinə, eyni zamanda, Azərbaycan-İtaliya tərəfdaşlığının daha da güclənməsinə töhfə verəcəyindən əminliyini ifadə edib, bu layihənin tikintisinin razılaşdırılmış qrafik üzrə başa çatdırılmasının əhəmiyyətini vurğulayıb.
Görüşdə, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq, bu əməkdaşlığa İtaliyanın töhfələri, regional təhlükəsizlik mövzuları ətrafında da fikir mübadiləsi aparılıb.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barədə məlumat verən nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun olaraq, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinin vacibliyini vurğulayıb.
Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina etdi
Bolqarıstan prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Rəcəb Tayyib Ərdoğan COP29-da iştiraka dəvət edilib
Ankarada Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyanın iclası keçirilib
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub
Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilir
Bolqarıstanla Azərbaycanı qarşılıqlı etimad əlaqələri birləşdirir-Rumen Radev
Xüsusi təyinatlılarımız Türkiyədə beynəlxalq təlimlərdə iştirak edirlər
Azərbaycan ötən il Bolqarıstana 1,2 milyard m3 qaz ixrac edib
Ankarada Əli Əsədovla Cevdet Yılmazın təkbətək görüş keçirilib
İlham Əliyevlə Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycanla Bolqarıstan arasında 4 sənəd imzalanıb
Sabah Bakıda 24° isti olacaq,bölgələrdə şimşək çaxacaq,dolu düşəcək,qar yağacaq
Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib
Bakıda ICESCO-nun nazirlər konfransı keçiriləcək
İlham Əliyevin Rumen Radevlə təkbətək görüşü olub
Sabah Bakı metrosunun iş rejimi dəyişdiriləcək
UEFA Konfrans Liqası: Bu gün ilk finalçı müəyyənləşəcək
Bolqarıstan prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib
“Eurovision-2024” təmsilçilərimiz mübarizəni yarımfinalda dayandırıblar
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb
Faktiki hava:Şimşək çaxıb, leysan yağıb, dolu düşüb
Azərbaycan nefti 84,55 dollara satılır
Rusiya bombardmanından sonra Ukraynanın 6 regionu işıqsız qalıb