Yaxın günlərdə İran Xəzər dənizində geniş hərbi təlimlər keçirəcək.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu fikri İranın Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Hüseyn Xanzadə jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, 4 gün davam edəcək təlimlər İranın ərazi sularında keçiriləcək. Təlimlərə hərbi gəmilərlə yanaşı, helikopterlər də cəlb olunacaq.
Kontr-admiral nəzərə çatdırıb ki, İran və digər Xəzəryanı dövlətlər arasında hərbi əməkdaşlığın genişlənməsi haqqında danışıqlar aparılır. Xəzəryanı dövlətlərin hərbi dəniz qüvvələrinin komandanlıqları arasında növbəti görüş sentyabrda Rusiyada olacaq.