UEFA Çempionlar Liqası: “Qarabağ” “Dundalk”ı darmadağın etdi
UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün ikinci təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində iyulun 31-də keçirilən “Qarabağ” - “Dundalk” oyunu Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
YeniAvropa xəbər verir ki,qarşılaşmada hesab erkən qolla açıla bilərdi. Belə ki, Riçard Almeydanın ötürməsindən sonra Mahir Emrəli qapıçı ilə təkbətək qalıb. Azərbaycan milli komandasının futbolçusunun vurduğu zərbə qapıdan yan keçib. Görüşün 13-ü dəqiqəsində ağdamlılar hesabı açmağa nail olublar. “Qarabağ”ın ispaniyalı futbolçusu Xayme Romeo uzaq məsafədən yaxın küncü dəqiq nişan alaraq baxımlı qola imza atıb - 1:0. Qoldan sonra hücumlarını dayandırmayan “Qarabağ” növbəti təhlükəli vəziyyəti görüşün 24-cü dəqiqəsində yaradıb. Ailtonun cinah ötürməsindən sonra Filip Ozobiçin qapıya vurduğu zərbəni rəqibin qapıçısı uzaqlaşdıra bilib. Həmin epizodda Filip Ozobiç zədələnərək meydanı tərk edib. Onun yerinə meydana Dani Kintana çıxıb. Birinci hissənin sonrakı dəqiqələrində hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab dəyişməyib.
Qarşılaşmanın ikinci hissəsində daha üstün oyun nümayiş etdirən “Qarabağ” ikinci hissədə daha iki qol vurub. Matçın 76-cı dəqiqəsində Ailton Maksim Medvedevin cinah ötürməsindən sonra başla dəqiq zərbə endirib - 2:0. Oyunun 87-ci dəqiqəsində Qurban Qurbanovun yetirmələri hesab arasındakı fərqi üç topa çatdırıblar. Xayme Romeo adını tabloya yazdıraraq oyunda dubla imza atıb.
Görüş 3:0 hesabı ilə “Qarabağ” klubunun xeyrinə başa çatıb.
Beləliklə, Ağdam təmsilçisi UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün ikinci təsnifat mərhələsini uğurla başa vuraraq növbəti mərhələyə vəsiqə qazanıb.
“Qarabağ”ın növbəti mərhələdəki rəqibi Kipr təmsilçisi APOEL olacaq.
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib