logo

Rusiya “BMW”, “Hyundai” və “Kia” avtomobilləri istehsal edəcək

15:59 25-07-2019 | icon 2926
Rusiya “BMW”, “Hyundai” və “Kia” avtomobilləri istehsal edəcək

Rusiyanın “Avtotor” zavodu 2020-ci ilədək ildə 50 min xarici avtomobil istehsal edəcək yeni zavod tikəcək.

YeniAvropa "TASS" agentliyinə istinadla xəbər verir ki, Kalininqrad vilayətində inşa ediləcək müəssisədə “Avtotor”un əsas tərəfdaşları olan “BMW”, “Hyundai” və “Kia” avtomobillərinin istehsalı planlaşdırılır.

Zavod 32 hektarlıq sahədə, “Avtotor”un fəaliyyət göstərdiyi ərazinin yaxınlığında yerləşəcək. Burada, həmçinin hər biri 25 min avtomobil buraxacaq 2 universal yığma xətti olacaq.

Yeni zavodun neçəyə başa gələcəyi hələlik açıqlanmır.