Tunis prezidenti Beji Kaid əs-Sebsi xəstəxanaya aparılıb.
YeniAvropa xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.Bildirilir ki, 92-yaşlı ölkə başçısı hərbi hospitala yerləşdirilib.
Beji Kaid əs-Sebsinin xəstəxanaya yerləşdirilməsinin səbəbi və onun vəziyyəti barədə məlumat verilmir.
Xatırladaq ki, Beji Kaid əs-Sebsi 2014-cü ildən Tunisin prezidentidir.