logo

Narkotik maddə daşıyan yük maşını polis avtomobili ilə toqquşdu

13:32 23-07-2019 | icon 2961
Narkotik maddə daşıyan yük maşını polis avtomobili ilə toqquşdu

Avstraliyanın Sidney şəhərində 270 kq narkotik maddə daşıyan yük maşını polis avtomobili ilə toqquşub.

YeniAvropa yerli “Sydney Morning Herald” nəşrinə istinadla xəbər verir ki, həmin yük maşınında 200 milyon Avstraliya dolları (təqribən 140 milyon ABŞ dolları) dəyərində metamfetamin aşkar edilib.

Bildirilir ki, hadisə Sidneyin şimal-qərbində baş verib. Yol-nəqliyyat hadisəsi yaxınlıqdakı videokameralar tərəfindən lentə alınıb. Hadisədən təqribən bir saat sonra polis hadisə yerindən qaçan 26 yaşlı qanun pozucusunu həbs edib və yük maşınında axtarış aparıb. Həbs edilən sürücüyə qarşı bir neçə maddə ilə ittiham irəli sürülüb.

Nəşrin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda yük maşınının hərəkəti barədə informasiyalar toplayırlar.