logo

Türkiyədə axtarışda olan daha iki təhlükəli terrorçu zərərsizləşdirilib

16:15 22-07-2019 | icon 3073
Türkiyədə axtarışda olan daha iki təhlükəli terrorçu zərərsizləşdirilib

Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən Bingöl-Yedisu rayonu ərazisində həyata keçirilən antiterror əməliyyatı nəticəsində məhv edilən 4 PKK terrorçudan ikisi axtarışda olub.

 YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  məhv edilən terrorçuların şəxsiyyəti müəyyən edilərkən aşkar edilib ki, onlardan biri "Şevin" ləqəbli Hülya Kül, digəri isə "Bahoz Velat" ləqəbli Cihan Akaldır. Hülya Külün axtarışına 1 milyon 500 min lirə (təxminən 310 min ABŞ dolları), Cihan Akal üçün isə 300 min lirə (53 min ABŞ dolları) vəsait ayrılmışdı. Hər iki şəxs Türkiyə dövləti əleyhinə terrorçuluq fəaliyyətində ittiham olunurlar.

Diyarbəkirin Lice rayonunda isə PKK-nın əsas gəlir mənbəyi sayılan narkotik bitkilərin plantasiyaları ələ keçirilib. Rayon ərazisindən 17 ayrı sahədə, ümumilikdə 1 milyon 378 min 700 ədəd narkotik tərkibli yaşıl bitki aşkar olunaraq məhv edilib.

Faktla bağlı cinayət işi açılıb.