logo

Türkmənistan prezidentinin ölməsi xəbəri təkzib edilir

19:39 21-07-2019 | icon 3171
Türkmənistan prezidentinin ölməsi xəbəri təkzib edilir

Türkmənistanın Rusiyadakı səfirliyi ölkə prezidenti Qurbanqulu Berdiməhəmmədovun ölməsi ilə bağlı xəbəri təkzib edib.

YeniAvropa xəbər verir  ki, bu barədə "TASS" informasiya agentliyi  Moskvadakı diplomatik missiyanın nümayəndələrinə istinadən xəbər yayıb. Məlumatda  deyilir ki, “Türkmənbaşının ölüm xəbəri tamamilə yalandır”.

Rusiyanın "NTV telekanalı isə türkmən mənbələrinə istinadən xəbər verib ki, ürkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun yoxa çıxması ölməsi ilə əlaqədar deyil  və o, Almaniyada müalicə alan anasını ziyarətə gedib.

Xatırladaq ki, yerli KİV-lər qeyd edir ki, Berdiməhəmmədov təxminən iki həftədir ictimaiyyət arasında görünmür. Daha əvvəl isə dövlət televiziyası bəyan etmişdi ki, prezident ailəsi ilə bir yerdə olmaq və yarımçıq qalmış kitabını tamamlamaq üçün məzuniyyətə gedib. Yeri gəlmişkən, bundan sonra Berdiməhəmmədovun təyyarələrindən biri Almaniyada görünmüşdü.