logo

ABŞ-da anomal istilər 6 nəfərin həyatına son qoyub

21:30 20-07-2019 | icon 3038
ABŞ-da anomal istilər 6 nəfərin həyatına son qoyub

Amerika Birləşmiş Ştatlarında anomal istilər 6 nəfərin həyatına son qoyub.

 YeniAvropa  "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə "CBS" telekanalı məlumat yayıb.

Qeyd edilir ki, ölkə ərazisinin əksər hissəsində havanın hərarəti 32dərəcədən 37,8 dərəcəyə çatır. Yüksək temperatur Merilend ştatında 4 nəfərin həyatına son qoyub. Bununla yanaşı, Arizona və Arkanzasştatlarının hər birində daha 2 nəfər anomal istilərin qurbanı olub.

Nyu-York şəhərində də termometrlərin göstəriciləri 30 dərəcədən yüksək olub. Bu səbəbdən ekstremal istilərlə bağlı "fövqəladə vəziyyət" elan edilib.