logo

Britaniya XİN-i saxlanılan tankerlə bağlı İrana xəbərdarlıq etdi

16:15 20-07-2019 | icon 3367
Britaniya XİN-i saxlanılan tankerlə bağlı İrana xəbərdarlıq etdi

Böyük Britaniyanın xarici işlər naziri Ceremi Hant ölkəsinə məxsus “Stena Impero” tankerinin Hörmüz boğazında saxlamasına münasibət bildirib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, tankerin buraxılmayacağı təqdirdə İran üçün nəticələrinin olacağını bildirən nazir deyib: “İngiltərə hərbi variantları qiymətləndirmir, biz bu məsələnin diplomatik yolla həllinə nail olmağa çalışacağıq. Dənizdə səyahət azadlığı məhdudlaşdırılarsa, ən çox itirən tərəf rəsmi Tehran olacaq”.

Qeyd edək ki, bu məsələ ilə bağlı C.Hant ilə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Mayk Pompeo arasında telefon danışığının olduğu vurğulanır.