logo

7 uşaq anası Avropa Komissiyasının  prezidenti oldu

10:11 17-07-2019 | icon 2898
7 uşaq anası Avropa Komissiyasının  prezidenti oldu

Avropa Parlamentinin deputatları  2013-cü ildə cari ilin iyulunadək Almaniyanın müdafiə naziri olmuş,  7 uşaq anası, 61 yaşlı Ursula fon der Layenin Avropa Komissiyasının prezidenti postuna namizədliyini dəstəkləyiblər.

 YeniAvropa xəbər verir  ki,səsvermənin nəticələrə görə, 383 deputat onun namizədliyinin lehinə, 327-si isə əleyhinə səs verib, 22 nəfər bitərəf qalıb.

Qeyd edək ki, Avropa Komissiyasının prezidenti postuna namizədin təsdiqlənməsi üçün 374 səs tələb olunurdu.

Xatırladaq ki, Almaniyanın mərkəzçi Xristian Demokratik İttifaqının üzvü olan Ursula Gertruda fon der Layen  həm ölkə tarixində ilk qadın müdafiə naziri olmaqla bərabər, həm də Avropa İttifaqı tarixində belə yüksək vəzifəyə seçilmiş ilk qadın siyasətçidir.