logo

“S-400” komponentlərini daşıyan 6-cı təyyarə Türkiyədə eniş edib

18:41 14-07-2019 | icon 2835
“S-400” komponentlərini daşıyan 6-cı təyyarə Türkiyədə eniş edib

"S-400" zenit-raket komplekslərinin komponentlərini daşıyan 6-cı Rusiya təyyarəsi Türkiyədə enib.

Türkiyə KİV-lərinin verdiyi məlumata görə, təyyarə Mürted hərbi-hava bazasında eniş edib.

Xatırladaq ki, daha əvvəl komponentləri daşıyan 5-ci təyyarənin eniş etdiyi barədə məlumat verilirdi.

Qeyd edək ki, "S-400" zenit-raket komplekslərinin Türkiyəyə çatdırılması iyulun 12-dən başlayıb.