logo

Konqres Trampın İrana müharibə elan etmək səlahiyyətini məhdudlaşdırdı

15:13 13-07-2019 | icon 3360
Konqres Trampın İrana müharibə elan etmək səlahiyyətini məhdudlaşdırdı

ABŞ Konqresi ölkə prezidenti Donald Trampın İrana müharibə elan etmək səlahiyyətini və hərbi əməliyyatların qanunverici orqanın icazəsi olmadan maliyyələşdirilməsini məhdudlaşdıran düzəlişi qəbul edib. 

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, qanuna düzəlişin lehinə Nümayəndələr Palatasının 251 üzvü, əleyhinə isə 170 konqresmen səs verib.

Qanuna düzəlişin müəlliflərindən biri olan Nümayəndələr Palatasının Kaliforniyadan üzvü Ro Hannu deyib: “Bu düzəliş Prezidentə xatırladacaq ki, Amerika xalqı, o cümlədən demokratlar və respublikaçılar Yaxın Şərqdə yeni müharibənin başlanmasını istəmirlər”.

The New York Times qəzetinin yazdığına görə, iyunun sonunda İran İnqilab Keşikçiləri Korpusunun ABŞ-ın pilotsuz zondunu vurmasından sonra Donald Tramp İranın bir sıra obyektlərinə raket zərbələri endirilməsi barədə sərəncam vermiş, son anda bu qərarını ləğv etmişdi. Vaşinqton Tehranı İran sahillərinin yaxınlığında iki tankerə hücum etməkdə də günahlandırıb, buna cavab olaraq Fars körfəzi rayonuna əlavə hərbi gəmilər göndərib.