logo

Yunanıstan dövlət KİV rəhbərləri vəzifələrindən istefa veriblər

16:28 11-07-2019 | icon 3241
Yunanıstan dövlət KİV rəhbərləri vəzifələrindən istefa veriblər

Yunanıstanın dövlət televiziya şirkəti "ERT"nin rəhbəri Yannis Drosos və milli xəbər agentliyi "ANA-MPA"nın prezidenti Mixalis Psilos vəzifələrindən istefa ərizələrini yeni hökumətin mətbuat katibi Stelios Petsasa təqdim ediblər. 

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, S.Petsas KİV rəhbərlərini onların yerinə təyinat olanadək vəzifələrində qalmağı xahiş edib.

Qeyd edək ki, müxalifətdə olan  “Yeni Demokratiya” parlament seçkilərində qələbə qazanaraq hökuməti təşkil etdikdən sonra bir sıra dövlət müəssisələrinin rəhbərləri vəzifələrindən istefa verib, bəziləri isə buna hazırlaşır.

Xatırladaq ki, ötən gün ,iyulun 7-də Yunanıstanda keçirilən növbədənkənar parlament seçkilərində müxalif Kiriakos Mitsotakisin “Yeni demokratiya” partiyası 300 yerlik birpalatalı parlamentdə 158 yer qazanıb.  Aleksis Tsiprasın rəhbərlik etdiyi radikal solçuların hakim “SİRİZA” koalisiyası isə 86 deputat mandatı əldə edərək ikinci yeri tutub.