Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında müxalifətin 19-cu etiraz aksiyası başlayıb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, əllərində Gürcüstanın və NATO-nun bayraqlarını dalğalandıran müxalifət nümayəndələri daxili işlər naziri Giorgi Qaxarianın istefasını tələb etməklə Puşkin meydanına doğru hərəkət edirlər. Bu saatlarda Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb. Əraziyə əlavə polis qüvvələri cəlb olunub.
Həmçinin ölkənin Daxili İşlər Nazirliyinin qarşısında aksiya keçirilir. “Tbilisi prayd”ın təşkilatçıları da daxili işlər nazirinin istefasını tələb edirlər.