logo

Tbilisi şəhəri “Best Destination” müsabiqəsində iştirak edəcək

10:10 04-07-2019 | icon 2744
Tbilisi şəhəri “Best Destination” müsabiqəsində iştirak edəcək

Tbilisi Avropanın ən yaxşı şəhəri adı uğrunda keçirilən “Best Destination” yarışmasında iştirak edəcək. 2020-ci ildə Tbilisinin ən yaxşı Avropa şəhəri adını qazanması üçün şansı var.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Tbilisi meri Kaxa Kaladze şəhər hökumətinin iclasında bildirib.

Onun sözlərinə görə, müsabiqə üçün gürcü fotoqrafların Tbilisi ilə bağlı 30 yüksək keyfiyyətli fotoları tələb olunur. Bu məqsədlə fotoqraflar arasında müsabiqə elan ediləcək. Fotoşəkillər Tbilisi meriyasının rəsmi saytında xüsusi səhifədə yerləşdiriləcək. Ən yaxşı fotoşəkilləri peşəkarlardan ibarət münsiflər heyəti seçəcək.

“Tbilisinin vacib yarışda iştirak etməsi çox maraqlı olacaq”, - deyə Kaladze vurğulayıb.